May 28, 2017 08:47 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri: Quranın mübarək toxumları İslami İrana səpilib
    İslam İnqilabının Böyük Rəhbəri: Quranın mübarək toxumları İslami İrana səpilib

İslam İnqilabının Böyük Rəhbəri şənbə günü axşam mübarək Ramazan ayının ilk günündə Quran ilə üns məclisində deyiblər: Quranın mübarək toxumları bu diyara səpilib və bu gün ölkənin ümumi atmosferi Quran ilə tanışdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu mərasimdə Quran ilə ünsiyyətin bəşəriyyətin qarşısında duran sualların düzgün formada cavablandırılmasına kömək etdiyini deyərək, vurğulayıblar: Ali məqsədlərə doğru hərəkət edən ictimaiyyətdə rabitə və rəftarlar, mövqe tutmalar, dostluqlar və düşmənçiliklər, dünya məsələləri ilə rəftarlar barədə minlərlə sual yaranır və Quran bütün bu suallar üçün cavaba malikdir. 

Həzrət Ayətullahülüzma Xamenei bəşəriyyətin yanlış yolda hərəkət etməsi və hazırkı dünyanın doğru yoldan uzaqlaşmasının səbəbini yaranmış suallara yanlış və səhv cavabların verilməsi adlandırıb və deyiblər: Allah insanları bir-biriləri ilə əlaqə qurmaları, bir-birilərinə yardım etmələri və mehribanlıq göstərmələri üçün xəlq edib. Amma, bu gün dünyanın hər bir yerində müharibə, gərginlik, qorxu və azğınlıq mövcuddur. 

İnqilab Rəhbəri bütün bu problemlərdən nicat yolunun Quranda olduğunu bildirib və deyiblər: Təəssüflər olsun ki, bu gün İslam ümməti digər insanlar kimi problemlərlə üz-üzədir. Və Ərəbistanda olduğu kimi müsəlmanların taleyi ləyaqətsiz insanlar tərəfindən idarə olunur. 

İslam İnqilabının Böyük Rəhbəri belə bir vəziyyətin yaranmasının səbəbini iman və Quran həqiqətlərindən uzaqlaşmaq adlandırıb və deyiblər: Bu insanlar zahirdə Qurana inanırlar. Hətta, milyonlarla cild Quran çap edirlər. Amma, əməldə Quranın göstərişlərinin əksinə hərəkət edir, kafirlər ilə ünsiyyət qurur və xalqın rifahı üçün xərclənməli olan vəsaiti kafirlərə və düşmənlərə təqdim edirlər. 

Həzrət Ayətullahülüzma Xamenei bəzi irticaçı rejimlərin pul ilə düşmənlərin səmimiliyini cəlb edə biləcəklərini düşündüklərinə işarə edərək, deyiblər: Səmimiyyət yoxdur və bu bir reallıqdır. Amerikalıların özlərinin də dedikləri kimi, onları "sağırlar" və sonda da kəsəcəklər. 

İnqilab Rəhbəri Yəmən və Bəhreyndə dinə qarşı  yönəlmiş rəftarlara işarə edərək, batilin məhvi ilə bağlı Quranın vədini xatırladıb və deyiblər: Müsəlmanlara qarşı bu kimi işlərə əl atanlar batildirlər və heç şübhəsiz ki, batil olanlar süquta və məhvə məhkumdurlar. Əlbəttə, batilin nə zaman məhv olması möminlərin rəftarlarından asılıdır. Əgər mömin olan insanlar doğru rəftar edərlərsə, o zaman batilin məhvi də tez baş verər. 

Həzrət Ayətullahülüzma Xamenei İran xalqının təcrübələrinə və müharibə dövründə İranın Səddam rejimi üzərində qələbə çalmasına işarə edərək, deyiblər: Xalq yalın əl ilə sadəcə müharibədə qələbə qazanmadı. Bəlkə, 40 ildir ki, hər bir tərəfdən ona qarşı qılınclarını çəkmiş düşmənlərin qarşısında dayanaraq, güclü bir cəbhə qarşısında müqavimət göstərir və bu təcrübələr sübut edir ki, güclü, uğurlu və izzət ilə yanaşı olan inkişafın yolu Quran ilə ünsiyyətdən keçir.