Jun 05, 2017 08:42 Asia/Baku
  • İran Polşanı məğlub etdi
    İran Polşanı məğlub etdi

İran İslam Respublikasının voleybol üzrə yığma komandası İtaliyada 2017 Voleybol Liqasının ilk həftəsinin son turunda Polşa yığmasını məğlub edib.

İRNA-nın məlumatına görə, İtaliyanın Pizarro şəhərində 2017 Dünya Voleybol Liqasının üçüncü turunda bazar günü İranın voleybol milli komandası fərqli və gənc komanda ilə Polşa yığması ilə qarşılaşıb. Polşalıları məğlub edən İran yığması bu liqada ilk qələbəsini qazanıb. 

İran yığması ilk setdə 25:17 heasbı ilə məğlub olsa da sonra, setlərdə ardıcıl olaraq 25:23, 25:23 və 25:22 hesablı setlərlə qələbəni bayram edib. 

Bu qələbə baş məşqçi İqor Kulakoviçin rəhbərliyi ilə İranın yığma komandasının ilk rəsmi qələbəsidir. 

İranın voleybol üzrə yığma komandası ötən günlərdə İtaliya və Braziliya yığmalarına məğlub olub. 

Dünya Voleybol Liqasının ikinci həftəsi 9 iyunda başlanacaq və İran yığması Tehranda Belçika, Argentina və Serbiya yığmalarına ev sahibliyi edəcək. 

Teqlər

Şərhlər