Jun 06, 2017 08:39 Asia/Baku
  • PressTv başsağlığı verdi
    PressTv başsağlığı verdi

İranın PressTv kanalı bazar dünən gecə bu telekanalın yerli müxbiri Həbib Hüseynzadənin çərşənbə günü Kabildə baş verən terror aktında şəhid olması xəbərinin dəqiqləşməsindən sonra bir bəyanat yayıb.

Həbib Hüseynzadə PressTv-nin kameraməni idi və çərşənbə günü Əfqanıstan paytaxtı Kabil şəhərində baş verən və İŞİD terror qrupunun məsuliyyətini öz üzərinə götürdüyü terror partlayışında şəhid oldu. 

Bu şəhidin cəsədi kimliyi dəqiqləşdirilməmiş qurbanlar sırasında idi və nəhayət dünən axşam kimliyi dəqiqləşdirildi. 

PressTv bu bəyanatda Həbib Hüseynzadənin şəhadəti münasibəti ilə başsağlığı verərək xatırladıb ki, bu telekanal xəbərlərin dəqiq, şəffaf, sürətli və məsuliyyətli çatdırılması vəzifəsinin yerinə  yetirilməsi yolunda başqa bir əməkdaşını itirdi. 

PressTv bəyanatda sonra bildirir: Bəzi regional və qərb güclərinin aşkar yaxud gizli dəstəkləri ilə həyata keçən bu kimi terror aktları heç şübhəsiz ki, PressTv-nin və digər müstəqil mediyaların hadisələri olduğu kimi və tam məsuliyyət hissi ilə əks etdirmək üzrə əzmkarlığına heç bir xələl gətirməyəcək. 

Çərşənbə günü Kabildə baş verən terrorçu partlayışda ən azı 100 nəfər həlak oldu 400-dən çox adam yaralandı. 

Teqlər

Şərhlər