• Sepah-ın raket hücumlarında İŞİD başçılarından biri öldürülüb
    Sepah-ın raket hücumlarında İŞİD başçılarından biri öldürülüb

Döyüş meydanındakı mənbələr İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyanın Diyrəlzur şəhərinə qarşı raket hücumunda İŞİD başçılarından birinin öldürülməsindən xəbər veriblər.

IRIB-nin məlumatına görə, döyüş meydanındakı mənbələrin dediklərinə əsasən, təkfirçi-sionist İŞİD qrupunun yüksək rütbəli başçılarından olan və Əbusədi ləqəbilə tanınan Səudiyyə təbəəsi- Səid Əlhuseyni İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dünən gecəki raket hücumlarında öldürlübdür.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah dünən gecə Suriyadakı təkfirçi terrorçuları tənbeh etmək məqsədilə bu ölkənin şərqində yerləşən Diyrəlzur şəhərində təkfirçi terroçuların komandanıq mərkəzi, eləcə də onların toplaşma və dəstək, həmçinin partlayıcı avtomobil istehsalı mərkəzlərini, altı ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə alıbdır. 

Bu raketlər İraqın səmasından keçib, 650 kilometrlik məsafəni arxada qoyaraq, təyin olunmuş hədəflərə dəyibdir.

Jun 19, 2017 13:59 Asia/Baku
Şərhlər