• General-leytenant Mohəmməd Baqeri

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, İran hegemonçuluq sistemilə qarşı durmaq niyyətində deyil, amma onlarla müxtəlif sahələrdə, o sıradan raket sahəsində rəqabət aparmaqdadır.

ISNA-nın məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Mohəmməd Baqeri bildirib ki, İran özünün raket sahəsindəki alimlərinin səyilə dünyanın böyük qüdrətləri sırasındadır. O, əlavə edib: Böyük qüdrətlərin və hegemonçuluq sisteminin müdafiə büdcələrinin İranın hərbi büdcəsindən bir neçə qat çox olmasına rəğmən, İran müxtəlif sahələrdə, o sıradan quru, dəniz, hava, kosmos və təhlükəsizlik texnologiyalarında hegemonçuluq sistemi ilə rəqabət aparmaqdadır.

General-leytenant Mohəmməd Baqeri İranda elm və tədqiqatın önəmi və vacibliyini vurğulayaraq, əlavə edib: İran İslam İnqilabı regionda böyük hərəkətlərin mənşəyi olub və beynəlxalq dəyişikliklər İran İslam İnqilabının təsiri altındadır.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin Amerikanın regiondakı hərbi iştirakına işarə edərək, söyləyib: Hegemonçuluq sistemi öz hərbi hərəkətlərindən əlavə, regionda terrorçu-təkfirçi İŞİD qrupunu yaradıbdır.

 

Jun 19, 2017 19:22 Asia/Baku
Şərhlər