İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah iyunun 7-də Tehranda törədilmiş terror hücumlarına cavab olaraq, dünən gecə təkfirçi İŞİD terrorçularının Suriyanın şərqindəki Diyrəlzur məntəqəsində yerləşən qərargahını altı ədəd "quru-quru" tipli orta mənzilli raketlə hədəfə aldı.

General Əmirəli Hacızadə- İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin komandanı: Əgər şər işlərini davam etdirərlərsə, bu, onlara baha başa gələcəkdir. Diyrəzzurun ətrafı: komandanlıq mərkəzləri; intihar avtomobillərinin istehsal mərkəzləri və onların toplaşdıqları mərkəzlər orta mənzilli raketlərlə hədəfə alındı. Bu, görülmüş kiçik bir iş idi. Əgər xətaya yol verərlərsə, onların başları üzərinə daha ölümcül zərbələr endiriləcəkdir. Raketlər İrandan atıldı, İraqın üzərindən keçərək, Suriyada yerə endi və Dəməşqin ətrafından havaya qalxmış pilotsuzlar tərəfindən Diyrəzzura edilmiş zərbələr barədə bizə xəbər verildi. Bütün atılışlar dəqiq olubdur.Bunların aşkarlanması və bunların informasiya əhatəliliyi böyük bir məsələdir. Bu raketlərin 700 kilometrlik məsafədən vurması və kiçik bir binanın üzərinə oturulmasının özü əsaslı bir məsələdir. Onlar bilirlər ki, iranlıların əyarı hardadır. Raketlər dəqiqdirlər və hədəfin vurulmasında diqqət onların xas xüsusiyyətidir. Sepah Silahlı Qüvvələrin Ali Baş Komandanına tabe olaraq, quruluşun müdafiəsi üzrə tam əzmkarlıq və iradəyə malikdir. Azacıq da olmuş olsa belə, geri oturmayacağıq.

Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun "yer-yer" tipli təkcə altı raketi idi ki, terrorçuların İslam Şurası Məclisinə və İmam Xomeyni(r.ə)-in hərəminə qarşı kor-koranə və qorxaqcasına əməliyyatlarına cavabda həyata keçirildi.

Fərmandan bir saat keçməmişdi ki, raketlər atılış məkanında yerləşdirildilər. Kermanşah və Kürdüstanın qeyrətli insanlarının diyarından. Terrorçuların komandanlarının gizləndikləri məkanlar barədə məlumatların əldə edilməsi o qədər yüksəkdir ki, təkfirçilərin qərargahları sürətlə raket platformalarının ixtiyarında qərar tapdı.

 

Jun 19, 2017 19:25 Asia/Baku
Şərhlər