Jun 22, 2017 09:47 Asia/Baku
  • Həzrət ayətullahülüzma Xamenei
    Həzrət ayətullahülüzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri Ümumdünya Qüds Gününü son dərəcə önəmli adlandırıb və deyiblər: Bu əziz gün sadəcə bir məzlum xalqı himayə etmə günü deyil, dünya imperializmi və beynəlxalq hegemonçuluq ilə mübarizə günüdür.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalının yaydığı məlumata görə, həzrət ayətullahülüzma Xamenei çərşənbə axşamı İran universitetlərinin bir qrup müəllim və tələbəsi ilə görüşdə qarşıdan gələn Ümumdünya Qüds Gününə işarə edərək, deyiblər: Qüds Gününün qeyd olunması sadəcə öz vətəni və evindən qovulmuş məzlum bir xalqı himayə etmək anlamında deyil. Bu gün Fələstini müdafiə etmək Fələstin məsələsindən daha böyük bir həqiqəti müdafiə etmək deməkdir. 

İnqilab Rəhbəri əlavə ediblər: Sionist rejim ilə mübarizə imperializm və hegemonçuluq quruluşu ilə mübarizə deməkdir. Elə buna görə də ABŞ siyasətçiləri bu hərəkətə qarşı düşmənçilik edir və bu hərəkətdən zərbə aldıqlarını düşünürlər. 

İslam İnqilabının Böyük Rəhbəri daha sonra bu görüşlə bağlı çıxışının əsas mövzusunu şərh edərək, "müəllim və ustad məsuliyyəti"nə aydınlıq gətiriblər: Müsbət düşüncəli, məsuliyyətli, ümidvar, dini etiqadlara inanclı, vətənlə bağlı prinsiplər və İnqilabla bağlı məsələlər qarşısında həssas olmaq habelə, əməl meydanında qətiyyətli və əzmkar olmaq tələbələri düşünməyə və irəliyə doğru hərəkət etməyə yönləndirməkdə misilsiz keyfiyyətlər və göstəricilərdirlər. 

İnqilab Rəhbəri yeni elmlərin İran universitetlərinə daxil olmasının qarşısını almağı imperialist və hegemonçu qüdrətlərin proqramlarından adlandırıb və deyiblər: Pəhləvi dövründə qərblilər heç vaxt mühüm elmi nailiyyətlər və müasir elmləri bizim universitetlərimizə köçürmədilər. Onlar universitetlərimizi Qərb dəyərlərinin aşılanması mərkəzlərinə çevirməklə universitetlərdə hansısa yeniliyin baş verməsini önləmiş oldular. 

İslam İnqilabının Böyük Rəhbəri universitetləri yanlış düşüncələrdən xilas etməyi və universitetlərdə elm və elmi yeniliklərin əhəmiyyətinin dərk edilməsini habelə, universitetlərin hərəkətə gətirilməsini İslam İnqilabının bərəkətlərindən adlandırıb və deyiblər: O zamankı tələbələrin çoxu bu gün ustadlara çevriliblər. Bu gün onlar universitetlərdə iftixarlı addımların atılması və İslam və İnqilab dəyərlərinin qorunmasında ciddi rol oynaya bilərlər. 

Teqlər

Şərhlər