• İran neft-kimyasına 10 mld. dollar xarici investisiya yatırılıb

İran ötən 18 ayda neft-kimya sənayesində birbaşa xarici investisiya üzrə Avropa və Şərqi ölkələrlə 10 milyard dollar dəyərində anlaşma imzalayıb.

İranın Milli Neft-Kimya Şirkətinin investisya üzrə direktoru Hüseyn Əlimurad bazar ertəsi günü İRİB-lə müsahibədə deyib: Anlaşmalar əsasən Almaniya, İngiltərə, Fransa və Çinlə olmuşdur. 

İranın sanksiya dövründə neft-kimya sənayesində özünütəmin səviyyəsinə çatdığını bəyan edən Əlimuradın sözlərinə görə, İranda potensialları tanıdıqdan sonra İranın neft-kimya sənayesində investisiya yatırmaq üçün xarici tərəflərin marağı ikiqat artıb. 

Hal-hazırda İranın neft-kimya sənayesində istehsal potensialı ildə 62 milyon ton, quraşdırılmış potensial isə 72 milyon tona çatıb. 

Jul 17, 2017 09:42 Asia/Baku
Şərhlər