• Generalı Məhəmməd Baqiri

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İran İslam Respublikasının raket qüdrətinin müdafiə xarakterli olduğunu və müzakirə ediləsi olmadığını deyib.

Sepah Newsun məlumatına görə, ordu generalı Məhəmməd Baqiri bazar ertəsi günü Məşhəddə İslam İnqilabı Keşikçilər Korpusu Sepahın Quru Qoşunları Komandalarının toplantısında çıxış edib.

İranın düşmənin təhdidləri ilə mübarizə aparmaq üçün öz müdafiə və hazırlığını qoruduğunu və yüksəltdiyini deyən ordu generalının sözlərinə görə, İran inkişaf edən və sıx müdafiə potensialının strategiyasına xüsusi diqqət yetirərək ölkənin sərhədlərini şücaətlə müdafiə və təkfirçi terrorçularla mübarizədə müqavimət mehvəri ölkələrinə kömək etməklə öz vətəndaşları üçün örnək olacaq təhlükəsizliyi yarada bilmişdir.

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi həmçinin İranda quruluşun dəyişilməsinin vacibliyindən danışan ABŞ-ın hərbi rəsmilərinin müdaxiləçi siyasətlərinə toxunub: ABŞ rəsmiləri yaxşı olar ki, bütün məkrli planlar qarşısında tam iqtidarla və başıucalıqla dayanan İran haqda daha məntiqli, daha ölçülmüş və daha yetişən söhbət etsinlər.

General Baqiri ABŞ Senatının İran əleyhinə sanksiyalarına da münasibət bildirib: İran xalqı həmişə imperialist və zalım quruluş, xüsusilə ABŞ qarşısında müqavimət göstərib və günü-gündən daha da müqavimətini artırmışdır. buna görə, növbəti sanksiyalar da inkişaf və özünə arxalanmaq üçün fürsətə çevriləcək.

O bildirib: İslam İnqilabı Keşikçilər Korpusu Sepahı terror qruplaşmaları ilə eyni sırada qərar vermək və Vaşinqton tərəfindən Sepah əleyhinə oxşar sanksiyaları tətbiq etmək ABŞ və onun regiondakı bazaları və qüvvələri üçün böyük riskdir.

İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi həmçinin İraq Kürdüstanında referendumun keçirilməsini regionda yeni problem və çəkişmələrin yaranmasının başlanğıcı adlandırıb və bildirib: Bu məsələ İraq qonşuları tərəfindən heç bir vəchlə qəbul oluna bilməz. İraqın müstəqilliyi və vahidliyinin qorunması bu diyarın bütün əraziləri, etnosları və məzhəblərinin xeyrinədir.

Jul 17, 2017 14:32 Asia/Baku
Şərhlər