• Ayətullah Sadiq Amoli Laricani

İranın Məhkəmə Hakimiyyətinin sədri deyib: İraq ordusu və xalq səfərbər qüvvələrinin Mosul şəhərinin azad olunması üzrə qələbəsi ABŞ və imperialist ölkələri biabır etdi.

İraq baş naziri Heydər əl-İbadi 10 iyulda Mosul şəhərinin İŞİD-in işğalından tam azad olunduğunu elan etdi. İŞİD terror qruplaşması 2014-cü il 10 iyunda Neynəva vilayətinin mərkəzi Mosul şəhərini işğal etmişdi.

İRİB-in məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani bazar ertəsi günü ali məhkəmə rəsmilərinin iclasında Mosul şəhərinin azad olunmasına toxunaraq deyib: Mosulda müqavimət cəbhəsinin qələbə qazanması ABŞ-ın Suriyada müqavimət cəbhəsinin mövqelərini bombalamasına səbəb oldu.

Amoli Laricani İraq mərcəiyyəti, xalq səfərbər qüvvələrinin rolu və İranın hərbi məsləhət dəstəklərini Mosulun azad edilməsi əməliyyatında əhəmiyyətli olduğunu deyib: İŞİD terror qruplaşması İraqda və islam iddiası ilə və islamı biabır etməklə regionda sionist rejim kimi başqa bir xəçəng şişi formalaşdırmağa cəhd edirdi. Xoşbəxtlikdən uğur qazana bilmədi.

İranın Məhkəmə Hakimiyyətinin sədri həmçinin Suriyada müqavimət cəbhəsinin uğurlarına toxunub və deyib: İraq və Suriyada İŞİD terror qruplaşmasının məhvindən əlavə, ABŞ-ın regionda münafiqlik və imperialistlik rolu və müqavimət cəbhəsi ilə qarşılaşmaq hərəkəti daha da aydınlaşdı.

Jul 17, 2017 17:30 Asia/Baku
Şərhlər