• İraqçı: Konqresin qərarı, Amerikanın iranlılarla düşmənçiliklərinin davam etməsi deməkdir
    İraqçı: Konqresin qərarı, Amerikanın iranlılarla düşmənçiliklərinin davam etməsi deməkdir

Nüvə anlaşmasının icrasının izlənilməsi qərargahının iranlı həmsədri ABŞ konqresinin son qərarını İrana qarşı düşmənçilik hərəkəti adlandırıb və bildirib ki, nüvə anlaşması Amerikanın İran İslam Respublikasına qarşı düşmənçiliyini azaltmaq vəzifəsinə malik deyildi.

Amerika konqresi son zamanlar İran İslam Respublikasına qarşı əhatəli bir layihə qəbul etdi.

Seyid Abbas İraqçı dünən gecə İranın biricni telekanalında gedən verilişdə Amerikanın İran İslam Respublikası ilə düşmənçiliyinin davam etdiyini və bundan sonra da davam edəcəyini vurğulayaraq, bildirib ki, İranın Amerikanın düşmənçiliklərilə mübarizəsi də davam edib və davam edəcəkdir.

"İran İslam Respublikası 38 ildir Amerikanın düşmənçilikləri qarşısında dayanıbdır" deyən İran xarici işlər nazirinin müavini qeyd edibdir ki, müqavimət, İran İslam Respublikasının qüdrət rəmzidir.

Seyid Abbas İraqçı söyləyib: Tramp və Amerika nüvə anlaşmasını kənara qoymaq ardıncadırlar, amma vəziyyəti elə formalaşdırmaq istəyirlər ki, İran nüvə anlaşmasını kənara qoymuş olsun.

İran xarici işlər nazirinin müavini deyib: İran, mənfəətlərindən istifadə edəcəyi zamanadək nüvə anlaşmasına sadiq qalacaq. O, vurğulayıb: İran Amerikanın düşmənçiliyini cavablandıracaq, amma Trampın meydançasında oynamayacaqdır.

İran ilə altılıq qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarından icra mərhələsinə daxil olub, ancaq Amerika dövləti bu qrupun üzvlərindən biri kimi daim həmin anlaşmanı pozur.

Birləşmiş Ştatlar son həftələrdə də nüvə anlaşmasını pozmaq üzrə hərəkətlərinin davamında bir neçə dəfə iranlı orqan, şirkət və şəxsi müxtəlif bəhanə ilə sanksiya edibdir.

Vaşinqtonun Tehrana qarşı bu düşmənçilik hərəkətləri elə bir halda edilir ki, MAQATE, BMT və Təhlükəsizlik Şurasının hesabatlarının etirafına görə, İran nüvə anlaşması qarşısındakı bütün öhdəliklərinə daim əməl edibdir. 

Jul 30, 2017 08:55 Asia/Baku
Şərhlər