Aug 06, 2017 18:06 Asia/Baku
  • General Cəzairi: İranın Fars Körfəzindəki rəftarı beynəlxalq qanunlar çərçivəsindədir
    General Cəzairi: İranın Fars Körfəzindəki rəftarı beynəlxalq qanunlar çərçivəsindədir

İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü deyib: İran İslam Respublikası Silahlı Qüvvələrinin Fars Körfəzindəki qayıqları tam peşəkar və beynəlxalq normalara uyğun şəkildə rəftar edirlər.

İRNA-nın məlumatına görə, ordu generalı Məsud Cəzairi bazar günü Qərb medialarının İran gəmilərinin Fars Körfəzində təhrikedici hərəkətləri ilə bağlı yalan təbliğatlar aparmalarına işarə edərək deyib: Neft tankerləri və digər gəmilərin Fars Körfəzində azad və sərbəst hərəkət etməsi ilə bağlı hansısa pozuntu yaranmış olarsa İran Silahlı Qüvvələri bunu cavabsız qoymayacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah 28 iyul tarixində bir bildiriş yayaraq, amerikalıların Fars Körfəzində qeyri-peşəkar və təhrikedici hərəkətlərini təkrarladıqlarını bildirmişdi.

Bu bildirişə əsasən ABŞ hərbi gəmiləri Fars Körfəzinin mərkəzi suları ilə Risalət nef-qaz məntəqəsi arasındakı ərazidə havaya helikopter qaldırmaq və fişəng atmaq kimi qeyri peşəkar hərəkətlər ilə Sepah-ın qayıqlarına yaxınlaşmağa cəhd ediblər.

Bundan öncə də ABŞ-ın bir hərbi gəmisi Fars Körfəzində İran qayığına doğru xəbərdarlıq atəşi açmışdı.

Teqlər

Şərhlər