• Ben Rodes
    Ben Rodes

Amerikalı ekspert və siyasətçilər Amerika prezidentinin anti-İran siyasətləri barədə xəbərdarlıq ediblər.

IRNA-nın məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın müşaviri olmuş Ben Rodes xəbərdarlıq edib ki, Amerikanın hazırkı prezidenti Donald Trampın İranla nüvə anlaşmasını kənara qoymaq üzrə anti-İran siyasət və hərəkətləri Vaşinqtonun zərərinə qurtaracaqdır.

Rodes sonra deyib: Əgər Tramp İranla nüvə anlaşmasını cırarsa, o zaman böhranla üzləşəcəyik.

ABŞ-ın Pensilvaniya ştatındakı "Penn State" universitetində Yaxın Şərq araşdırmaları üzrə müəllim Cenifer Lovensteyn də Ağ Evin İranın terrorizmə dəstək verməsi barədəki iddiasını gülünc adlandırıb və deyib ki, Tramp İranın regionda müstəqil siyasət yeritməsindən hiddətləndiyinə görə, ona qarşı terrorizmə dəstək vermək iddiasını irəli sürür.

Bu universitet müəllimi əlavə edib: Respublikaçılar partiyası daxili və xarici siyasət sahəsində təhlükəli fikirlərə malikdir və demokratlar da əslində onlardan fərqlənmirlər, amma bu iki partiya Amerikanın ümumi fikrinin nümayəndəsi deyildir.

İran ilə 5+1 qrupu arasında nüvə anlaşması 2016-cı ilin yanvarından icra olunur, amma Amerika dövləti bu qrupun üzvlərindən biri kimi daim nüvə anlaşmasını pozur.

Aug 10, 2017 20:14 Asia/Baku
Şərhlər