• General Səlami: Amerika İran qarşısında aciz qalıb
    General Səlami: Amerika İran qarşısında aciz qalıb

İran islam inqilabının keşikçiləri korpusunun baş komandanının əvəzedicisi Amerikanın böyük ölkələri işğal etdiyi və böyük güclərin dağılmasına səbəb olduğuna toxunaraq deyib: Bununla belə bu gün Amerika İran qalqının qarşısında hərəkətə keçə bilmir və aciz qalıb.

İRNA-nın verdiyi məlumata görə, General Mayor Hüseyn Səlami dünən axşam İranın cənubunda yerləşən Kirmann ostanında etdiyi çıxışında deyib: Bu gün islami İran böyük düşmənlərin sıraları qarşısında durubsa və heç bir qorxusu olmadan öz ərazi bütövlüyü və azadlığını müdafiə edir və düşmənləri aciz vəziyyətdə qoyubsa, bu şəhidlərin cəmiyyətə ötürmüş olduqları yüksək ruhun bərəkəti ilə mümkün olub. 

Səlami deyib: İslami İranın övladları quru, su və səmada düşmənin yolunu bağlayıblar və düşmənlərə heç bir yol qalmayıb. İran xalqı nəqədər ki inqilab rəhbərinin itaətkarıdırsa onun adına heç bir məğlubiyyət qeydə alınmayacaq. 

Sepahın komandan müavini düşmənin 8 illik müqəddəs müdafiə dövründə İrana qalib gələ bilmədiyini xatırladaraq deyib: Bu gün İran xalqı o dövr ilə müqayisədə daha güclüdür və düşmənin nüfuzuna heçvaxt imkan verməyəcəyik. 

Hüseyn Salami deyib: Livanda Hizbullah parladı və bu gün regionda siyasi səhnədə bir amil kimi əsas müqavimət sütununa çevrilib və onun təsiri dünya miqyaslı olub. 

Hüseyn Səlami deyib: Suriyada da düşmənin mərkəzi müqavimət halqasını qırmaq cəhdlərinə rəğmən islam inqilabının böyük rəhbərinin yol göstərmələri nəticəsində onların uğurlar qazanmalarına yol açıldı və indi meydanda onların üstünə başqa bir güc yoxdur. 

Aug 11, 2017 10:01 Asia/Baku
Şərhlər