• nəticəsində
    nəticəsində

İranın Fövqəladə Hallara Nəzarət Təşkilatının sədri Gülüstan, Rəzəvi Xorasanı və Şimali Xorasan vilayətlərində güclü sel nəticəsində 13 nəfərin həlak olduğunu bildirib.

İranın Fövqəladə Hallara Nəzarət Təşkilatının sədri İsmayıl NƏccar deyib: Sel və daşqınlar strukturlara və yollar ciddi xəsarət vurub və indiyə qədər təxminən 400 nəfərə yardım edilib. 

Cümə günü baş verən sel nəticəsində həlak olanların sayının artması ehtimal olunur. 

Simnan Vilayəti Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri də Şahrud rayonunda avtomobilləri palçığa batmış 150 turisti xilas ediblər. 

Gülüstan, Gilan, Rəzəvi Xorasanı, Şimali Xorasan və Simnan vilayətlərində güclü yağıntılar cümə axşamı günündən başlayıb və cümə gününə qədər davam edib. 

Aug 12, 2017 10:48 Asia/Baku
Şərhlər