• İran parlamenti ABŞ-ın terrorçu hərəkətləri ilə mübarizə layihəsinin külliyyatını qəbul edib

İranın İslami Şura məclisinin üzvləri bu gün ABŞ-ın regionda terrorçu və avanturist hərəkətləri ilə qarşılaşmaq üzrə layihənin külliyyatını qəbul ediblər.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Təqəvi Hüseyni bu komissiyanın anti-ABŞ layihə barədəki hesabatını oxuyaraq deyib: Amerikanın regiondakı terrorçu və avanturist hərəkətləri ilə qarşılaşmaq üzrə layihədə Əhatəli Müştərək Təşəbbüs Proqramının(ƏMTP) çərçivəsi saxlanılıb və bu layihədəki təkliflər ƏMTP ilə ziddiyyət təşkil etmir. 

ƏMTP-nin icrasına iranlı nəzarət heyətinin başçısı və İranın xarici işlər nazirinin müavini Abbas İraqçi deyib: Bu layihə ƏMTP-nin icrasına nəzarət heyətinin ABŞ konqresinin layihəsi ilə qarşılaşşmaq üçün qəbul etdiyi tədbirlərin bir hissəsini əhatə edir. 

İraqçi deyib: İranın Amerika ilə qarşılaşmaq üçün vasitələri sadəcə ƏMTP çərçivəsinə məhdudlaşmır və İran İslam Respublikası Amerika ilə qarşılaşmaq üçün çoxlu imkanlara malikdir.

ƏMTP-nın icrasına iranlı nəzarət heyətinin sədri deyib: İranın Xarici İşlər Nazirliyi İslami Şura Məclisinin anti-ABŞ layihəsi ilə razılaşır və ona dəstək verir. 

Amerikanın regiondakı terrorçu və avanturist hərəkətləri ilə qarşılaşmaq üzrə layihə külliyyat, açıqlamalar, strategiyalar, ABŞ-ın terrorizmi himayəsi, Amerika tərəfindən insan haqlarının pozulması, qarşılıqlı cəzalr və tədbirlər, ABŞ-ın iqtisadi sanksiyaları ilə qarşılaşmaq və iran vətəndaşlarına dəstək kimi 9 hissədən ibarətdir. 

ABŞ senatı 15 iyunda " İranın destabilləşdirən hərəkətləri ilə qarşılaşmaq qanunu-2017" adı altında İrana qarşı əhatəli sanksiyalar layihəsini qəbul etdi. 

Aug 13, 2017 11:22 Asia/Baku
Şərhlər