• General Cəfəri: İran islam inqilabı dünyaya izzət verir
    General Cəfəri: İran islam inqilabı dünyaya izzət verir

İran islam inqilabı keşikçiləri korpusunun komandanı deyib: İslam inqilabını himayə dünyanın azadə insanları üçün iftixardır və İran islam inqilabı da dünyanın izzəti amilidir.

General Leytenant Məhəmmədəli Cəfəri bu gün İsfahanın Nəcəfabad şəhərində hərəm müdafiəçisi şəhid Möhsün Höcəcinin anım mərasimində etdiyi çıxışında deyib: Dünya İrana qarşı bütün sankiyalar və düşmənçiliklərə rəğmən İranın dayanıqlılığına heyrandır, ona görə ki, fədakarlıq və şəhadət mədəniyyəti hərhansı təhdidi puça çıxarır və onları düşmənlərin özünə qaytarır. 

General Cəfəri təkfirçi qrupların yaranmasında məqsədin İslam inqilabı ilə qarşılaşmaq olduğunu bildirərək deyib: İraqın dini alimlərinin ayıqlığı və İran İslam Respublikasının dəstəkləri İraqda İŞİD-in rolunu zəiflətdi.

General Cəfəri yaxın gələcəkdə İraqda heç bir şəhərin İŞİD-in işğalı altında qalmayacağını bildirərək deyib: Bu gün region xalqlarının Suriya və İraq xalqlarına dəstəyə hazırlığı misli görünməmiş vəhdətə səbəb olub. 

İran İslam inqilabının keşikçiləri korpusunun komandanı təkfirçi terrorçu İŞİD qrupunun sionist rejimin ön cəbhəsinin qüvvələri olduğunu bildirərək deyib: İranın təkfirçi terrorçu qruplarla mübarizəsi son illərdə regioda islam inqilabı cəbhəsi ilə batil cəbhə arasında formalaşmış toqquşmanın davamıdır və İran İslam Respublikasının banisi İmam Xomeyninin(r.ə) vədəsi olan Qüdsün azad edilməsi üçün zəmin yaradır. 

Aug 13, 2017 13:58 Asia/Baku
Şərhlər