Aug 27, 2017 13:30 Asia/Baku
  • Səyyari: Xəzərin təhlükəsizliyinin təmini xəzəryanı ölkələr tərəfindən həyata keçirilməlidir
    Səyyari: Xəzərin təhlükəsizliyinin təmini xəzəryanı ölkələr tərəfindən həyata keçirilməlidir

İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin komandanı Xəzər dənizinin təhlükəsiziliyinin bu dənizin ətrafındakı ölkələr tərəfindən təmin edilməsi vacibliyini vurğulayıb.

IRNA-nın məlumatına görə, üçüncü dəniz təhlükəsizliyi konfransında iştirak üçün İndoneziyaya səfər etmiş kontr-admiral Həbibullah Səyyari bu ölkədəki iştirakının sonuncu günündə Rusiya heyətilə görüşdə deyib: Biz bu qənaətdəyik ki, Xəzər dənizi sülh və dostluq dənizidir və bu dənizin təhlükəsizliyinin təmini üçün heç bir vəchlə əcnəbilərin müdaxiləsinə ehtiyac yoxdur və sahilyanı ölkələr bu dənizin təhlükəsizliyini təmin etməyə qadirdirlər.

Səyyari xəzəryanı ölkələr arasındakı səmimi əlaqələrə işarə edərək, xarici qüvvələrin bu dənizdə iştirakını regionda əmin-amansızlıq və səbatsızlıq amili adlandırıb.

Teqlər

Şərhlər