• Xərrazi: İran öz hərbi mərkəzlərinə baxışın keçirilməsinə həssasdır
    Xərrazi: İran öz hərbi mərkəzlərinə baxışın keçirilməsinə həssasdır

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri hər bir ölkənin hərbi məsələlərinin həmin ölkənin təhlükəsizliyi ilə ayrılmaz bağlara malik olduğunu bildirərək, İran İslam Respublikasının öz hərbi mərkəzlərinə baxışın keçirilməsi məsələsinə son dərəcə həssas yanaşdığını bildirib.

İRİB-nin verdiyi məlumata görə, Kamal Xərrazi çərşənbə axşamı Tehranda Avstraliyanın sabiq xarici işlər naziri Gert İvans ilə birgə mətbuat konfransında İranın hərbi mərkəzlərinə baxışla əlaqədar ABŞ-ın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təzyiq göstərməsinə işarə edərək, deyib: Nüvə anlaşmasında müxtəlif mərkəzlərə baxışın keçirilməsi nəzərdə tutulub. Amma, hərbi mərkəzlərlə bağlı şərait fərqlidir. 

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri bu məsələnin İranın milli təhlükəsizliyi ilə əlaqədar olduğunu deyərək, əlavə edib: ABŞ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təzyiq göstərməklə İranın hərbi mərkəzlərinə baxış keçirə bilməz. 

ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli ötən günlərdə beynəlxalq qanunlara və tanınmış protokol qaydalara zidd olaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə fəaliyyətlərinə nəzarətini qeyri-kafi adlandırıb və AEBA müfəttişlərinin İranın hərbi mərkəzlərinə də baxış keçirmələrini istəyib. 

Sep 13, 2017 11:16 Asia/Baku
Şərhlər