• General Cəfəri: ABŞ-ın yanlış hesablamalarına düzəliş edilməsi zamanı çatıbdır
    General Cəfəri: ABŞ-ın yanlış hesablamalarına düzəliş edilməsi zamanı çatıbdır

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın baş komandanı Trampın İranı ittiham etmək üzrə çirkin hərəkətinin Amerikaya və onun pozğun hökumətinə yaraşan hərəkət olduğunu deyərək, ABŞ-ın yanlış hesablamalarına düzəlişin edilməsi zamanının çatdığını bildirib.

İRİB-nin verdiyi məlumata görə, ordu generalı Məhəmməd Əli Cəfəri ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında İrana qarşı səsləndirdiyi gülünc və çirkin ittihamlara reaksiya olaraq deyib: ABŞ öz həqiqi simasını dünyaya göstərmiş oldu. 

O, əlavə edib: Bu gün dünya İranın uzun illərdir ki, ifşa etməyə çalışdığı ABŞ-ın həqiqi və çirkin simasını müşahidə etməyə nail olub. 

Sepah-ın baş komandanı həmçinin deyib: Amerikalılar xüsusilə regionda İran müqabilində ardıcıl olaraq ağır zərbələr alıblar. Buna görə də onların bu ağır zərbələrin altında əzildikləri üçün xeyli əsəbi olmaları və öz üzərlərindəki nəzarəti itirmələri tamamilə təbii məsələdir. 

Sep 20, 2017 16:30 Asia/Baku
Şərhlər