Sep 24, 2017 15:06 Asia/Baku
  • Şəhid Hücəcinin dəfn mərasimi Tehranda keçiriləcək
    Şəhid Hücəcinin dəfn mərasimi Tehranda keçiriləcək

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın ictimai əlaqələr şöbəsi verdiyi açıqlamada hərəm müdafiəçisi Şəhid Möhsün Hücəcinin dəfn mərasiminin çərşənbə günü Tehranda keçiriləcəyini bildirib.

Suriyada hərəm müdafiəçilərindən Möhsün Hücəci 9 avqustda İŞİD terrorçuları tərəfindən əsir götürüldükdən sonra Suriya-İraq sərhədində şəhid edildi.

Livan Hizbullahı müqavimət qüvvələri ilə İŞİD terror qruplaşmasının Livan-Suriya sərhəd yüksəkliklərində razılaşmasına əsasən, iranlı şəhid Möhsün Hücəci və Livan Hizbullahının iki şəhidi müqavimətə aid bir əsirlə birlikdə Hizbullaha təhvil verilib.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın ictimai əlaqələr şöbəsi bazar günü bildirib: İran vətəndaşları bu mərasimdə irimiqyaslı iştirakı ilə islam düşmənləri, təkfirçi İŞİD qruplaşmasının hamilərinə öz xüsusi mesajlarını verəcəklər.

Teqlər

Şərhlər