• Ayətullah Əraki: Region ölkələrinin yeni birliyi yaradılacaq
    Ayətullah Əraki: Region ölkələrinin yeni birliyi yaradılacaq

İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi İran, İraq, Türkiyə və Suriyanın iştirakı ilə yeni birliyin təşkil olunacağını bildirib.

İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki çərşənbə günü Tehranda keçirilən İslam Dünyasında Vəhdət Diplomatiyası Strategiyasının iclası I Həmrəylik Beynəlxalq İclasının kənarında jurnalistlərə deyib: Bu iclasın proqramlarından biri region ölkələrinin yeni birliyinin təşkil olunması təklifidir. Bu birlik İran, Türkiyə, İraq və Suriya ilə başlana bilər.

Ayətullah Əraki əlavə edib: Livan, Qətər, Pakistan və bəzi digər ölkələr də region ölkələrinin yeni birliyinə qatıla bilərlər və əlavə ölkələrin də qatılması üçün hazırlıq vardır.

İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının baş katibi dini müharibənin yaradılması, xalqlar arasında savaşın yaradılması, region və islam ictimaiyyəti arasında savaşın yaradılmasını ciddi təhlükə adlandırıb.

Oct 11, 2017 20:52 Asia/Baku
Şərhlər