• Qulaməli Xoşru
    Qulaməli Xoşru

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasının bu ölkənin dünya səviyyəsində etibarsız olacağı ilə nəticələnəcəyini bildirərək deyib: Amerika ƏMTP kimi beynəlxalq məsələlərdə oyunçu və hakim rolunu birlikdə ifa edə bilməz.

İRNA-nın verdiyi məlumata görə, Qulaməli Xoşru dünən axşam CNN telekanalına verdiyi açıqlamada İranın bir daha nüvə məsələsində Amerika ilə müzakirə edib-etməyəcəyi barədə verilən sulı belə cavablandırıb: Yenidən müzakirə etmək üçün hansı etimad var,  istər İran, istərsə də başqa hərhansı ölkə Vaşinqtona etimad etməyəcək. 

Xoşru Donald Trampın İranı qeyri-demokratik dövlət adlandırmasına toxunaraq deyib: İran İslam Respublikası demokratik dövlət olduğunu son prezident seçkilərində layiqli şəkildə dünyaya sübut etdi. 

İranın BMT-dəki nümayəndəsi Amerikanın regiondakı müdaxilələrinin nəticəsinin dağıntı və təhlükəsizliyin aradan getməsi olduğunu bildirərək deyib: Ümid edirik ki, Tramp öz xalqına verdiyi vədinə sadiq qalaraq region ölkələrinin işlərinə qarışmayacaq. 

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni siyasətini və hökumətinin ƏMTP barədə mövqeyini bir nitqdə elan edəcəyi gözlənilir. 

Bu nitqin bu gün ediləcəyi gözlənilirdi amma AsseoşieytedPress məlumatlı mənbələrə istinadla bildirib ki, nitq sabah baş tutacaq. 

Tramp oktyabrın 15-dək İranın ƏMTP-yə sədaqətini rədd yaxud təsdiq etməlidir. Onun nüvə razılaşmasını rədd edərək bu razılaşmanın taleyini ABŞ konqresinin sərəncamına verəcəyi ehtimal edilir. 

Tramp tərəfindən İranın ƏMTP-yə sədaqəti rədd olunarsa ABŞ konqresi 60 günədək sanksiyaların İrana yenidən tətbiq edilməsi üçün qərara gəlməli olacaq. 

Oct 12, 2017 11:02 Asia/Baku
Şərhlər