• Kandaliza Rays
    Kandaliza Rays

ABŞ-ın keçmiş dövlət katibi deyib: Bütün hesabatlar İranın Əhatəli Müştərək Təşəbbüs Proqramının mətninə sadiq qaldığına dəlalət edir.

FoksNyusun verdiyi məlumata görə, ABŞ-ın keçmiş dövlət katibi Kandaliza Rays dünən İran ilə 5+1 qrupu arasında nüvə razılaşmasının davam etməsinə ümidvar olduğunu deyib və bildirib: Bizim müttəfiqlər bu razılaşma üçün çoxlu sərmayə qoyublar. 

Amerikanın keçmiş rəsmisi deyib: Əgər sadəcə İranla nüvə razılaşmasından çıxmaq niyyətində olarsaq Amerikanın dünyadakı imicinə zərbə vurmuş olacağıq. 

Eyni zamanda ABŞ nümayəndələr palatasının xarici əlaqələr komitəsinin respublikası başçısı Ed Roys bu gün komitənin İran barədə dinləmə iclasında deyib: İranla beynəlxalq nüvə razılaşması ciddi şəkildə icra edilməlidir. 

ABŞ-ın müdafiə naziri Ceyms Metis də ötən həftə senatda etdiyi çıxışında deyib: İran ilə qərb arasında nüvə razılaşmasına sadiq qalmaq ABŞ-ın milli təhlükəsizliyi istiqamətindədir. 

Tramp oktyabrın 12-də İranla nüvə razılaşması və İrana qarşı Amerikanın strategiyası barədə mövqeyini bildirməlidir. 

Oct 12, 2017 17:15 Asia/Baku
Şərhlər