• İran ordusu Trampın Sepah əleyhinə mövqeyini qınadı

İran İslam Respublikası ordusu bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı mövqeyini tənqid edib.

İran İslam Respublikası ordusu cümə axşamı yaydığı bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a edilən hörmətsizliyi İran İslam Respublikası quruluşuna edilmiş hörmətsizlik adlandırıb və İran silahlı qüvvələri xüsusilə də ordu və Sepah arasındakı birlik və yekdilliyə təkid edib. 

İran İslam Respublikası ordusunun bəyanatında daha sonra deyilir: Əgər İran silahlı qüvvələri xüsusilə də Sepah-ın tədbirləri olmasaydı, bu gün terrorizm bir çox region ölkəsini öz təsiri altına almış olardı. 

İran İslam Respublikası ordusu daha sonra bildirib: Ordu və Sepah həmrəy və yekdil formada müqəddəs İslam Respublikası Quruluşunun ideyalarını daim müdafiə edib və bundan sonra da müdafiə edəcək. 

Ağ Evin bildirdiyinə görə, Tramp cümə günü İran ilə nüvə anlaşması və ABŞ-ın İranla bağlı yeni strategiyasını elan etməlidir. 

Vaşinqtonun İrana qarşı yeni aqressiv strategiyasına əsasən, ABŞ hökuməti İrana xüsusilə də Sepah-a qarşı təzyiqlərin artırılmasında Konqres ilə əməkdaşlıq edəcək. 

Tramp bundan öncə də Sepah-a qarşı çıxış etmişdi. 

İran İslam İniqlabı Keşikçiləri Korpusu Sepah Suriya və İraqda ABŞ-ın himayəsində olan terrorçular ilə mübarizədə mühüm rola malikdir və bu ölkələrin rəsmi istəyi əsasında İraq və Suriyada terrorçu qruplara qarşı savaşda iştirak edir. Bu isə aydın məsələdir ki, Trampın heç də xoşuna gəlmir. 

Suriya 2011-ci ildən, İraq isə 2014-cü ildən ABŞ tərəfindən himayə edilən terrorçuların hücumuna məruz qalıblar. Vaşinqton Yaxın Şərqin mövcud durumunu dəyişmək, öz mənafeyini və İsrailin təhlükəsizliyini təmin etmək məqsədilə Suriya və İraqda hakim quruluşu terrorçulardan istifadə yolu ilə dəyişməyə və bu ölkələri parçalamağa çalışsa da, müqavimət cəbhəsi tərəfindən durdurulub. 

Oct 13, 2017 10:27 Asia/Baku
Şərhlər