• Ayətullah Müvəhhidi Kermani: Düşmən

Tehranın müvəqqəti imam cüməsi İraq Kürdüstanında separatçı referendumun keçirilməsinə işarə edərək, deyib: Düşmən Yeni Yaxın Şərqin təşkil edilməsi ümidini özü ilə gora aparacaq.

Ayətullah Məhəmməd Əli Müvəhhidi Kermani bu gün Tehranın cümə namazı xütbələrində İraq Kürdüstanı yerli hökumətinin başçısı Məsud Barzaniyə İraqın mərkəzi hökuməti qarşısında təmkinli rəftar etməsi ilə yanaşı, İraq xalqından üzr istəməsini və İsrail rejiminin regiona nüfuz etməsinə şərait yaratmaqdan çəkinməsini tövsiyə edib.

Ayətullah Müvəhhidi Kermani oktyabrın 3-də vəfat edən İraqın keçmiş prezidenti Cəlal Talibaninin xatirəsini  yad edib və deyib: Talibani İraq xalqının müstəqilliyi, izzəti və əzəmətinə düşünərdi. 

Tehranın müvəqqəti imam cüməsi həmçinin, ABŞ-ın İrana qarşı düşmən rəftarlarına işarə edib və deyib: ABŞ prezidenti Donald Trampın İran əleyhinə sözləri Amerikanın İran İslam Respublikası quruluşu ilə düşmənçiliklərindən xəbər verir.

Ayətullah Müvəhhidi Kermani əlavə edib: İran xalqı heç vaxt ABŞ-ın cinayətlərini unutmayacaq və İran İslam Respublikası rəsmiləri də ABŞ-ın düşmənçiliklərini münasib formada cavablandıracaq.

Ümumdünya İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki də cümə namazı xütbələrindən öncə çıxış edərək, Əhl Beyti(ə) İslam Dünyasının birlik və həmrəylik qaynağı habelə, ilahi rəhmətin mənşəyi adlandırıb.

Oct 13, 2017 14:44 Asia/Baku
Şərhlər