• Xərrazi: ƏMTP Amerikalıların etibarsız olduğunu sübut etdi
    Xərrazi: ƏMTP Amerikalıların etibarsız olduğunu sübut etdi

İranın Xarici Əlaqələr Strateji Şurasının sədri deyib: İran və 5+1 qrupu arasında əldə edilən nüvə anlaşması Amerikalıların etibarsız olduqlarını sübut etdi.

İRNA-nın məlumatına görə, Kəmal Xərrazi Vyanada Avropa Assambleyasının iclası kənarında Avstriyada çıxan "Viner Zaytunq" qəzeti ilə müsahibədə deyib: İran və 5+1 qrupu arasındakı nüvə anlaşması Tehranın müzakirəyə hazır və öhdəliklərinə sadiq olduğunu sübut etdi. Amma, Amerikalılar nüvə anlaşmasını pozmaq və yeni sanksiyalar tətbiq etməklə etimad edilməz olduqlarını və onlarla müzakirə aparmağın mənasız olduğunu göstərdirlər.

Xərrazi daha sonra Ərəbistanın İran qarşısında düşmənçilik siyasəti yürütməsinə işarə edərək, deyib: Ərəbistanın Yəməndən atılan raketlərin İrana məxsus olması ilə bağlı iddiaları ağ yalandır və Yəmənin raket proqramının İran ilə heç bir əlaqəsi yoxdur.

Nov 12, 2017 19:07 Asia/Baku
Şərhlər