• İranda zəlzələ
    İranda zəlzələ

Ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 10-dan çox təkrar yeraltı təkanlar qeydə alınıb. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200 nəfərə çatıb. 1500-dən çox insanın yaralandığı bildirilir.

 

Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkənlər üçün çadır düşərgələrinin quraşdırılmasına başlayıb. Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub.

 

 

 

 

Nov 13, 2017 09:42 Asia/Baku
Şərhlər