Nov 15, 2017 10:23 Asia/Baku
  • Al Həbib: Ərəbistan İŞİD, əl-Qaidə və Ən-Nüsrədən çox uşaq öldürür
    Al Həbib: Ərəbistan İŞİD, əl-Qaidə və Ən-Nüsrədən çox uşaq öldürür

İran İslam Respublikasının BMT-dəki səfirinin müavini Səudiyyə Ərəbistanının Yəməndəki cinayətlərini görməməzliyə vurduqlarına görə, insan haqları qurumlarını tənqid edərək deyib: Səudiyyə Ərəbistanı terrorizmlə mübarizədə dünya ictimaiyyətinin şəriki olaraq insan haqları və insanlığın gülünc mənbəyidir.

Fars Xəbər Agentliyinin məlumatına görə, İshaq Al Həbib çərşənbə axşamı günü BMT Baş Assambleyasının üçüncü komitəsində və Kanadanın İranın insan haqları davranışları əleyhinə təklif etdiyi qətnamənin araşdırılması üzrə keçirilən iclasında Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsinin hörmətsizliklərinə cavabda bildirib: Səudiyyə Ərəbistanı əl-Qaidə, İŞİD və Ən-Nüsrə Cəbhəsi kimi terror qruplaşmaların hamısından daha çox Yəməndə uşaq öldürür. 

İranın BMT-dəki səfirinin müavini İŞİD və səudiyyə rejiminin cinayətlərinin oxşarlığı, o cümlədən baş kəsməyin təsadüfi olmadığını bildirib və deyib: İŞİD və Səudiyyə Ərəbistanı birgə ideologiyadadır və özlərindən başqa hamını, istər müsəlman, istərsə də qeyri-müsəlmanı kafir və mürtəd adlandırırlar. 

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Müəllimi bu iclasda əsassız iddiaları təkrarlayaraq İran İslam Respublikasını insan haqlarını pozmaqda suçlayıb. 

BMT Baş Assambleyasının üçüncü komitəsi çərşənbə axşamı günü sübut olunmamış ittihamları təkrarlayaraq Kanadanın İranın insan haqları vəziyyəti əleyhinə təklif etdiyi qətnaməsini qəbul edib. 

Teqlər

Şərhlər