• Laricani: Tramp İranofobiya ardıncadır
    Laricani: Tramp İranofobiya ardıncadır

İran İslam Şurası Məclisinin sədri deyib: Amerika prezidenti Donald Tramp İrana qarşı qorxu hissi yaratmaqla dünyanı İranla qarşılıqlı əlaqələr qurmaqdan vaz keçdirməyə çalışır.

Əli Laricani dünən Tehranda Avropa İttifaqının İran İslam Respublikası ilə əlaqələr qrupunun sədri Yanuş Levandovski ilə görüşdə vurğulayıbdır ki, İran İslam Respublikası nüvə anlaşmasına sadiqdir. O, deyib: Amerikanın və onun bəzi müttəfiqlərinin İrana qarşı əsassız ittihamlarının bu beynəlxalq anlaşmanın icrasına mane olmasına yol verilməməlidir. 

İran İslam Şurası Məclisinin sədri bildirib ki, regionda və dünyada sabitlik və təhlükəsizliyin yaradılması böyük əhəmiyyət kəsb edir. O, deyib: İran İslam Respublikası daim münaqişələrin dialoq və müzakirə yolu ilə həll edilməsinin ardıncadır.

Əli Laricani ABŞ ilə müttəfiqlərinin terrorçulara dəstək vermələrinə işarə edərək, deyibdir ki, Taliban, İŞİD və digər terror qrupları bu ölkələrin məhsullarıdırlar.

İran İslam Şurası Məclisinin sədri əlavə edib: İran İslam Respublikası terrorizmlə mübarizədə əlindən gələni edibdir.

İran İslam Şurası Məclisinin sədri həmçinin bildiribdir ki, İran Avropa Birliyi ilə iqtisadi əlaqələrinin genişlənməsini rəğbətlə qarşılayıbdır.

Levandovski də vurğulayıbdır ki, Avropa Birliyi nüvə anlaşmasına sadiqdir. O, bildirib ki, Avropa İranın kənarında qalacaqdır.

Avropa İttifaqının İran İslam Respublikası ilə əlaqələr qrupunun sədri İranın terrorçularla mübarizədəki səylərini yüksək dəyərləndirib və bildiribdir ki, İranın terrorçularla mübarizədəki addımları hamıya bəllidir.

Levandovski habelə qeyd edibdir ki, Avropa İran İslam Respublikası ilə əlaqələrinin genişlənməsini istəyir.

Yanuş Levandovski İranın Avropa Parlamenti ilə əlaqələr qrupunun sədri Kazem Cəlalinin dəvətilə Avropa Parlamentinin nümayəndələri və ekspertlərindən on nəfərlə yanaşı dünən Tehrana daxil olubdur.

Teqlər

Nov 27, 2017 16:30 Asia/Baku
Şərhlər