• İran vitse-prezidentinin Trampın Qüdsə qarşı hərəkətinə reaksiyası
    İran vitse-prezidentinin Trampın Qüdsə qarşı hərəkətinə reaksiyası

İran İslam Respublikasının vitse-prezidenti deyib: ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı olaraq tanımaq üzrə hərəkəti rüsvayçı məğlubiyyət ilə üzləşəcək.

İshaq Cahangiri öz şəxsi Tvitter səhifəsində yazıb: Hegemonçu quruluşun ardıcıl olaraq uğursuzluqlara düçar olması onları öz tərəfdaşlarının ruhiyyəsini bərpa etmək üçün süst addımlar atmağa məcbur edib. Amma, Qüdsü sionist rejimin paytaxtı olaraq tanımağın da rüsvayçı bir məğlubiyyət ilə nəticələnəcəyini unudurlar. 

ABŞ prezidenti Donald Tramp çərşənbə günü axşam, regional və beynəlxalq müxalifətlərə baxmayaraq, deyib: Amerika Qüdsü İsrailin paytaxtı olaraq tanıyır. 

Müsəlmanların ilk qibləsi olan Beytül-Müqəddəsin yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz parçasıdır və İslamda 3 əsas müqəddəs məkandan biri sayılır. Beytül-Müqəddəs müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edir. 

Dec 07, 2017 09:40 Asia/Baku
Şərhlər