Dec 25, 2017 12:23 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyinin milad təbriki
    İran Xarici İşlər Nazirliyinin milad təbriki

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü bu gün bir müraciətdə Həzrət Məsih(ə)-ın mövludu və yeni milad ili münasibətilə dünyadakı bütün xristianları və monoteistləri təbrik edib.

Bəhram Qasemi bu müraciətdə belə qeyd edib: İranın əziz xristianlar icması əsrlər boyudur ki, Məsih(ə)-ın mərhəmətli təlimlərindən təsir alıb, yaxşı və pis günlərdə özlərinin digər həmvətənlərinin kənarında dayanaraq, İran diyarının əzəmətli sivilizasiyası və mədəniyyətinin ayrılmaz hissəsi kimi daim öz inkişafı və yüksəlişi yolunda çalışıbdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Məsih(ə)-ın müraciətinin daha artıq yayılmasına ümid, mənəvi və mütərəqqi dünyaya bir müjdə olacaq. 

Qasemi deyib: Savaş, təcavüz, yoxsulluq və ədalətsizliyin hər bir zamandakından daha çox meydanı xalqlar üçün sıxışdırdığı bir dünyada mülayimlik, səbir və təmkinliliyin təzahürü kimi İsa(ə)-ın fikir və təfəkkürlərinə qayıdış ilə, insanlığın ruhsuz vücudunda məsihcəsinə bir ruh cərəyan edəcəkdir.

Qasemi əlavə edib: Şübhə yoxdur ki, hazırkı dövrdə vəhhabiliyin ən aşkar təzahürlərindən sayılan ən mürtəce terror qruplarından birinin aradan götürülərək, məhv edilməsindən sonra dünya gələn il bütün xristianlar üçün daha əmin-aman və daha gözəl olacaqdır.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edibdir ki, dünya yeni milad ilində dostluqların daha da möhkəmlənməsi, asayiş, təhlükəsizlik və sülhün güclənməsi və dərinləşməsi istiqamətində ikiqat həmrəyliyin və birgə səylərin şahidi olacaqdır.

Bu gün, 2017-ci il dekabrın 25-i, Həzrət İsa Məsih(ə)-ın mübarək mövludunun ildönümü günüdür.

Teqlər

Şərhlər