• Zərif Donald Trampın aldadıcı funksiyasını tənqid edib

İran İslam Respublikası xarici işlər naziri ABŞ prezidentinin İran xalqı qarşısındakı aldadıcı hərəkətini tənqid edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü bir Twitdə yazıb: ABŞ prezidenti Donald Trampın iranlılara "fövqəladə hörməti" bəsləmək üçün qəribə metodu vardır; Onları "terrorçu xalq" adlandırır, ABŞ-a səfərini məhdudlaşdırır, Fars körfəzinin adı ilə bağlı uşaqcasına hörmətsizliklər edir, ən önəmlisi nüvə anlaşmasının iqtisadi mənafeyindən məhrum etməklə "onlara kömək" edir.

ABŞ prezidenti Donald Tramp son bir neçə gündə müxtəlif twitlərdə İranın daxili məsələlərinə müdaxilə edib və iğtişaşçıları dəstəkləyib.

Tramp bundan öncə açıq-aşkar hörmətsizlik edərək İran xalqını "terrorçu xalq" adlandırmışdı. Hazırda da İranda etiraz aksiyalarında iştirak edənlərə münafiqlərə bənzər formada ürək yandırmış və İran xalqına ehtirama ehtiyaclı olan ac xalq hörmətsizliyi etmişdi.

Jan 04, 2018 19:27 Asia/Baku
Şərhlər