• İran nümayəndəsi IMO-nun baş katibi ilə görüşüb
    İran nümayəndəsi IMO-nun baş katibi ilə görüşüb

İranın Londondakı səfirinin müavini Beynəlxalq Dənizçilik Təşkilatı- IMO-nun baş katibi ilə görüşərək, İranın qəzaya uğramış "Sançi" tankerinin ekipaj üzvlərinin xilas edilmələri və yanğının söndürülməsinin sürətləndirilməsi üçün beynəlxalq imkanlardan istifadənin vacibliyini vurğulayıb.

Beynəlxalq Dənizçilik Təşkilatı ilə bağlı mövzuların izlənilməsi üzrə iranlı məsul şəxs Mandana Mənsuriyan dünən Londonda bu təşkilatın baş katibi Ki Tak Lim ilə görüşdə İranın dövləti və "Sançi" tankerinin ekipaj üzvlərinin ailələrinin kədəri ilə bölüşməsinə görə ona təşəkkür edərək, IMO-nun texniki yardımlar göstərməsi, eləcə də yanğının söndürülməsi və qəzaya uğramış tankerin ekipaj üzvlərinin axtarılmaları və xilas edilmələri üçün təsirli və sürətli addımlar atması vacibliyini vurğulayıb. 

Bu görüşdən sonra IMO-nun yüksək vəzifəli rəsmiləri hadisənin baş verdiyi məkan ətrafında yerləşən ölkələrin diplomatik mərkəzləri ilə əlaqə quraraq, İran tankerində baş vermiş yanğının tez bir zamanda söndürülməsi üçün beynəlxalq yardımların göstərilməsini istəyiblər.

Yanvarın altısında bir çinli-honq-koqnlu yük gəmisi Çinin şərq sahillərində bir iranlı tankerlə toqquşdu. Bu hadisə iranlı tankerdə partlayışa və yanğına səbəb oldu. Tankerin işçilərindən otuz nəfər iranlı, ikisi isə banqladeşlidir.

Jan 12, 2018 13:23 Asia/Baku
Şərhlər