• Kontr-admiral Fədəvi: Sepah-ın raket mənzili Fars Körfəzindən genişdir
    Kontr-admiral Fədəvi: Sepah-ın raket mənzili Fars Körfəzindən genişdir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı deyib ki, Sepah-ın raket və pilotsuz təyyarələr sahəsindəki bacarığı Fars Körfəzindən Hörmüz boğazınadək olan ərazini və hətta Oman dənizindən də geniş bir ərazini əhatə edir.

Kontr-admiral Əli Fədəvi bu gün iki Amerika hərbi qayığının İranın sahil sularında müsadirə olunmasının ildönümü günündə Fars xəbər agentliyi ilə müsahibədə deyib: İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin addımının ən əsas mesajı, ilahi vədin yerinə yetirilməsi id. Belə ki, İslam İnqilabı Keşikçiləri Korpusu bütün hallarda bu vədə əməl edərək, Amerikanı zəif mövqedə qoyubdur.

İki amerikan döyüş qayığı 2016-cı il yanvarın on ikisində İranın Fars Körfəzindəki sularına qanunsuz girişin ardınca İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri tərəfindən saxlanıldı və Sepah sayı on nəfər olan onların sərnişinlərini həbs etdi. İran sularına girmələrinin qəsdən həyata keçirilmədiyi məlum olandan sonra onlar azad edildilər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı Amerikanın reaksiyası və bu ölkənin həbs olunmuş dənizçiləri azad etmək üzrə səyi barədə belə deyib: Amerikanın reaksiyası bu dəfə də İslam İnqilabının qələbəsindən sonra olmuş keçmiş hallardakı kimi təslim olmaq, qəbul etmək, zəlillik, xahiş və bütün hərbi və diplomatik addımlar olubdur.

Kontr-admiral Fədəvi həmçinin Fars Körfəzində İrana qarşı ən mühüm hədələr barədə belə vurğulayb: İslam İnqilabı Keşikçiləri Korpusu Fars Körfəzində, Hörmüz boğazında, Oman dənizində və İslam İnqilabının qorunması tələb olunan hər bir dənizdə amerikalı dəniz piyadalarının həbs olunduqları zamandan bəri və əvvəlkindən daha qüdrətlə öz vəzifəsini yerinə yetirməkdədir.

Jan 12, 2018 16:27 Asia/Baku
Şərhlər