• General R.Şərif: İran xalqı münafiqlərə və Ali-Səuda qarşı nifrətini göstərdi
    General R.Şərif: İran xalqı münafiqlərə və Ali-Səuda qarşı nifrətini göstərdi

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü deyib: Son iğtişaşlarda İran xalqı göstərdi ki, İslam İnqilabına qarşı düşmənçiliklərini üzə vuran münafiqlər terror qruplaşması və Ali-Səud rejiminə nifrət edir.

General-mayor pasdar Ramazan Şərif deyib: İran İslam Respublikaısının düşmənləri arasında tanınmış düşmənlər, o sıradan münafiqlər terror qruplaşması və Ali-Səud rejimi Amerikanın və İraqda buraxılmış bəəs partiyasının yerinə mövcuddurlar ki, hər bir fürsətdən İran xalqına zərbə vurmaq üçün istifadə edirlər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın  sözçüsü söyləyib: İslami İranın düşmənləri öz bütün imkanlarını İran xalqına zərbə vurmaq istiqamətində işlədirlər, amma regiondakı mürtəce, zalım və hegemonçuluq rejimlərinin hərtərəfli maliyyyə, kəşfiyyat və loqistik himayələrinə rəğmən, həmişə İran İslam Respublikaısı quruluşuna zərbə vurmaqda aciz olublar.

İran xalqı keçən həftə əksər şəhərlərdə geniş yürüşlər keçirərək, ictimai əmlakın dağıdılmasında iğtişaşçıların opputunizmi və düşmənlərin yeni fitnələrinə qarşı öz nifrət və hiddətini ifadə etdi.

 

Jan 12, 2018 17:29 Asia/Baku
Şərhlər