• Ruhani: Amerika beynəlxalq öhdəlikləri və nüvə anlaşmasını pozmaqla, etibarını itirib
    Ruhani: Amerika beynəlxalq öhdəlikləri və nüvə anlaşmasını pozmaqla, etibarını itirib

İran İslam Respublikası prezidenti Amerikanın həm beynəlxalq müstəvidə, həm də daxili məsələlərə müdaxilədə İran xalqı qarşısında məğlub olduğunu deyib.

Həsən Ruhani bazar günü Tehranda 9-cu beynəlxalq "Farabi" festivalının bağlanış mərasimində deyib: Amerikalılar 2 cəbhədə İran xalqı qarşısında böyük məğlubiyyətə düçar olublar. Bunlardan biri beynəlxalq öhdəlikləri və nüvə anlaşmasını pozmaq, digəri isə İranın daxili işlərinə müdaxilə etməkdir. Hər iki cəbhədə beynəlxalq ictimaiyyət ABŞ qarşısında dayandı.

İran İslam Respublikası prezidenti beynəlxalq ictimaiyyətin amerikalıların siyasətlərinə qarşı çıxmasına mane ola bilməməsini ABŞ üçün böyük məğlubiyyət, İran xalqı üçün isə böyük bir uğur adlandırıb.

Ruhani deyib: İran nüvə anlaşmasında heç vaxt itirilməyəcək uğurlar əldə edib və heç kim bu nailiyyətləri məhv etməyə qadir deyil.

İran prezidenti İslam Respublikasının heç vaxt nüvə silahı ardınca olmadığını və bu məsələnin müzakirələr və təftişlər zamanı sübut edildiyini deyərək, əlavə edib: Bütün ölkələr BMT-nin qətnaməsində İranın nüvə proqramını davam etdirmək haqqına malik olması haqqını rəsmən tanıdı və bu heç bir zaman itirilməyəcək bir qələbədir.

Jan 14, 2018 14:54 Asia/Baku
Şərhlər