Jan 21, 2018 14:27 Asia/Baku
  • İran ordusu bazar günü
    İran ordusu bazar günü "Məhəmməd Rəsulallah(s.ə.s)" manevrinə başlayır

İran İslam Respublikası ordusunun koordinasiya məsələləri üzrə baş komandan müavini sabahdan etibarən cənub və cənub-şərq əməliyyat məntəqələri habelə, Məkran və Oman dənizi sularında "Məhəmməd Rəsulallah(s.ə.s)-5" manevrinə start veriləcəyini bildirib.

İran İslam Respublikası ordusunun koordinasiya məsələləri üzrə baş komandan müavini kontr-admiral Həbibullah Səyyari bu gün jurnalistlər qarşısında deyib: İki günlük "Məhəmməd Rəsulallah(s.ə.s)-5" manevrində məqsəd İran İslam Respublikası ordusunun döyüş bacarıqlarını artırmaq, hərbi hazırlıq səviyyəsini yoxlamaq, müxtəlif qüvvələr arasındakı ahəngdarlığı və birgə hərbi manevrlərin keçirilməsi potensialını artırmaqdır.

Kontr-admiral Səyyari İran İslam Respublikası ordusunun bəzi bacarıqlarının bu manevrdə dəyərləndiriləcəyini deyərək, "Məhəmməd Rəsulallah(s.ə.s)-5" manevrinin region ölkələri üçün sülh və dostluq müraciətinə malik olduğunu bildirib.

Teqlər

Şərhlər