Feb 07, 2018 14:08 Asia/Baku
  • Ruhani: İslam İnqilabı İran tarixində böyük dönüş nöqtəsi idi

İran İslam Respublikası prezidenti deyib: İslam İnqilabından öncə İran xalqının dünya imperializmi və hegemoniyası tərəfindən təhqir edilməsi dövrü idi. İslam İnqilabının qələbə çalması isə iranlıların milli mahiyyəti və izzətinin formalaşmasına zəmin yaratdı.

Həsən Ruhani çərşənbə axşamı 35-ci İlin Kitabı Mükafatı və 25-ci İlin Dünya Kitabı Mükafatı festivalının bağlanış mərasimində deyib: İran İslam İnqilabı xalqın rəyi, düşüncəsi və təfəkkürünə, habelə, milli və dini mahiyyətinə izzət bəxş etdi. Bu böyük dəyişiklikdə kitab, məktub və söz çox önəmli rola malik oldu. İranın mədəniyyəti və incəsənəti yeni mərhələyə qədəm qoydu. 

İran İslam Respublikası prezidenti daha sonra deyib: İslamın gəlişi İran sivilizasiyası üçün ali nöqtə, İslam İnqilabı isə İran tarixində böyük dəyişiklik nöqtəsi idi. 

Ruhani həmçinin deyib: Gələcək dünya yalnız düşüncə yolu ilə əlçatandır. Və düşüncə sadəcə söz və kəlamın yazılı forma aldığı yerdə qoruna bilər. 

35-ci İlin Kitabı Mükafatı və 25-ci İlin Dünya Kitabı Mükafatı festivalının bağlanış mərasimi  çərşənbə günü yerli və xarici iştirakçıların mükafatlandırılması ilə öz işini başa vurmuş oldu. 

Teqlər

Şərhlər