• İranın xarici işlər naziri Küveytə gedib
    İranın xarici işlər naziri Küveytə gedib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqın bərpası üzrə beynəlxalq konfransda iştirak məqsədilə bu gün axşam siyasi və iqtisadi bir heyətlə Tehrandan Küveytə yola düşüb.

İraqın bərpası üzrə beynəlxalq konfrans fevralın 12-dən 14-dək Küveytdə keçirilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qaseminin sözlərinə görə, İran İslam Respublikası İraqın bərpası və iqtisadi inkişafına yardım üzrə səmərəli və himayə mahiyyətli rolunu davam etdirəcəkdir.

Teqlər

Feb 13, 2018 18:06 Asia/Baku
Şərhlər