• İran xarici işlər naziri Küveyt əmiri ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri və Küveyt əmiri çərşənbə günü İraqın Bərpası Beynəlxalq Konfransı kənarında görüşüb, danışıqlar aparıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Küveyt əmiri Cabir Əl-Əhməd Əl-Cabir Əl-Səbah bu görüşdə iki ölkə əlaqələrinin genişləndirilməsi və münasibətlərin yaxşılaşdırılması yollarını araşdırmaqla yanaşı, regional məsələləri də müzakirə ediblər. 

İraqın Bərpası Beynəlxalq Konfransında iştirak məqsədi ilə Küveytə səfər edən İranın xarici işlər naziri çərşənbə axşamı Küveytin xarici işlər naziri Səbah Əl-Xalid Əl-Əhməd Əl-Səbah ilə də görüşüb, danışıqlar aparıb. 

Zərif Küveytdə həmçinin, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi xanım Federika Moqerini ilə də görüşüb, danışıqlar aparıb. 

İraqın bərpası beynəlxalq konfransı 12 fevralda Küveytdə işə başlamışdı. Bu 3 günlük konfransda 50 ölkənin siyasi, iqtisadi və bank rəsmiləri habelə, iş adamları iştirak ediblər. 

İraq 2014-cü ildə terrorçuların geniş hücumuna məruz qaldıqdan sonra iri miqyaslı dağıntıların şahidi olub. 

İraqlı qüvvələr İran İslam Respublikasının dəstəyi ilə 17 noyabr 2017-ci ildə Əl-Ənbar vilayətində terrorçuların sonuncu sığınacağı olan Ravə şəhərini də azad edərək, ABŞ və müttəfiqləri tərəfindən himayə olunan terrorçuların İraqdakı varlığına birdəfəlik olaraq son qoydu. 

Teqlər

Feb 14, 2018 17:51 Asia/Baku
Şərhlər