Fev 16, 2018 14:44 Asia/Baku
  • Tehranın imamcüməsi: 22 bəhmən yürüşününü mesajı Allahın İran xalqına rəhmətinin davamı idi

Tehranın müvəqqəti imam cüməsi deyib: İran xalqının 22 bəhməndə (11 fevral) möhtəşəm yürüşü xalqın İslam İnqilabının dəyərləri və amallarının qorunması üzrə iradəsini əks etdirdi.

Höccətülislam Məhəmməd Həsən Əbuturabifərd Tehranın bu həftəki cümə namazı xütbələrində İran xalqının 22 bəhmən yürüşündə polad iradə ilə İslam İnqilabının ali dəyərlərini dostlar və düşmənlərə əks etdirdiyini bildirərək əlavə edib: Allahın rəhməti və lütfünün İran xalqına davam etməsi bu yürüşün önəmli mesajı idi.

Tehranın müvəqqəti imamcüməsi deyib: İslam İnqilabının qələbəsinin 39 illiyi münasibəti ilə əzəmətli 22 bəhmən yürüşünün 2-ci mesajı isə İran xalqının İran İslam Respublikasının dahi banisi İmam Xomeyni (rə) və İslam İnqilabının Böyük Rəhbərinin amalları ilə bağlılığının möhkəmlənməsidir.

İran İslam İnqilabının 39 illiyi münasibəti ilə 22 bəhmən yürüşü bazar günü 11 fevralda Tehran və İranın mindən çox şəhər və kəndində təşkil olundu.

Əbuturabifərd həmçinin bəsirət, rəhbərliyi tanımaq və ona itaət etmək sayəsində İran xalqının uğuru və qələbəsinin əldə olunduğunu bildirərək xatırladıb: İran xalqının hazırkı qüdrəti də İslam İnqilabını hədələyənlər qarşısında müqavimət və birliyin nailiyyəti olmuşdur.

Tehranın müvəqqəti imamcüməsi bildirib: İran xalqı qısa müddət ərzində problemlərlə qarşılaşmaq üçün səbir etməyə, uzunmüddətli qərarlar sayəsində sabah güclənmək üçün bugünkü problemlərə dözməyə hazırdır.