• Kərbasiyan: Tehran ilə Bakı arasında 12 əməkdaşlıq sənədi imzalanacaq
    Kərbasiyan: Tehran ilə Bakı arasında 12 əməkdaşlıq sənədi imzalanacaq

İranın iqtisadiyyat və maliyyə naziri deyib: İran və Azərbaycan Respublikasının müştərək iqtisadi komissiyasının on ikinci iclasının sonunda on iki əməkdaşlıq sənədi imzalanacaq.

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasiyan bu gün Tehranda İran və Azərbaycan Respublikasının müştərək iqtisadi komissiyasının on ikinci iclasında əlavə edib ki, açılış mərasimindən sonra işçi qrupları təşkil olunacaqdır.

Kərbasiyan deyib: İqtisadiyyat, ticarət və bank komitəsi, nəqliyyat və rabitə komitəsi, energetika, su, ekologiya və kənd təsərrüfatı komitəsi, həmçinin elmi-tədqiqat komitəsi İran və Azərbaycan Respublikasının müştərək iqtisadi komissiyasının on ikinci iclasında təşkil olunacaq dörd komitədir.

İranın iqtisadiyyat və maliyyə naziri deyib: Bank həmkarlığı İran və Azərbaycan Respublikası prezidentlərinin diqqət mərkəzində duran məsələdir.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də Tehranda keçirilən İran və Azərbaycan Respublikasının müştərək iqtisadi komissiyasının on ikinci iclasında deyib: Tehran və Bakı regionda yanaşı yaşadıqlarına görə, ötən dörd ildə onların əlaqələri inkişaf edib və yaxşı nəticələr əldə olunubdur ki, onlardan iki ölkə prezidentlərinin on görüşünə işarə etmək olar.

İran və Azərbaycan Respublikasının müştərək iqtisadi komissiyasının on ikinci iclası bu gün Tehranda işə başlayıb və sabah iki ölkə arasında iqtisadi əməkdaşlıq sənədlərinin imzalanması ilə öz işini başa vuracaqdır.

 

Teqlər

Mar 13, 2018 12:42 Asia/Baku
Şərhlər