• İİR İŞM Əli Rəbiiyə etimad etdi
    İİR İŞM Əli Rəbiiyə etimad etdi

İran İslam Şurası Məclisinin üzvləri kooperasiya, əmək və sosial rifah nazirliyində işini davam etdirməsi üçün Əli Rəbiiyə etimad etdilər.

İran İslam Şurası Məclisinin üzvləri 126 lehinə, 124 əleyhinə və iki bitərəf səslə kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiiyə yenidən etimad etdilər. 

İran İslam Şurası Məclisinin açıq iclası bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin kabinetinin nazirlərindən ikisinin impiçmenti gündəmi ilə işə başladı.

Məclis üzvləri İran İslam Şurası Məclisinin bugünkü açıq iclasının axşam növbəsində isə yol və şəhərsalma naziri Abbas Axundinin impiçment edilməsi tələbini araşdıracaqlar.

Mar 13, 2018 14:54 Asia/Baku
Şərhlər