• "Şəhid" kəlməsi bütün müsəlmanlar arasında dəyərlidir

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin sədri deyib: "Şəhid" kəlməsi bütün müsəlmanlar arasında dəyərlidir.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin sədri höccətulislam vəlmuslimin Mohəmməd Mohəmmədi Qolpayeqani bu gün Tehranda keçirilən "şəhid günü" mərasimində əlavə edib: Şəhid öz həyatından keçib və bir kəsə borclu deyildir.

Höccətulislam vəlmuslimin Mohəmməd Mohəmmədi Qolpayeqani İslami İrandakı bugünkü asayişin şəhidlərə borclu olduğunu bildirib və deyib ki, hamı şəhidlərə borcludur və şəhadət bütün ilahi övliyaların arzusu olubdur.

İslam İnqilabının Böyük Rəhbərinin ofisinin sədri bu gün bəzi əllərin şəhidlərin yolunu pozmaq ardınca olduqlarını bəyan edərək, deyib: Düşmənlər gənclərin İran İslam Respublikası quruluşunun himayədarı olmalarından narahatdırlar.

Teqlər

Mar 13, 2018 14:56 Asia/Baku
Şərhlər