• Şəriətmədari: İran və Azərbaycanın iqtisadi əməkdaşlıqlarının yüksəldilməsi əlavə səylərə ehtiyaclıdır

İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri çərşənbə axşamı günü Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə görüşdə deyib: Tehran-Bakının iqtisadi əməkdaşlıqlarının yüksəldilməsi əlavə əməkdaşlıq və səyə ehtiyaclıdır.

İRNA-nın məlumatına görə, Məhəmməd Şəriətmədari sənaye, mədən və ticarət məsələləri sahəsində İran və Azərbaycanın birgə komissiyasının yanında işçi qrupunun yaradılması ilə iki ölkənin mübadilə ediləcək iqtisadi layihələrini daha dəqiq tanımağın mümkün ola biləcəyini bildirərək deyib: İran iki ölkə arasında üstün ticarət razılaşmasını imzalamağa hazırdır. 

İranın sənaye, mədən və ticarət naziri bildirib: İxracata Zəmanət Fondu, Kiçik Sənayelər və Sənaye Şəhərcikləri Təşkilatı, İranın Sənaye və İnkişafı və Yenilənməsi Təşkilatı, İranın Mədənlər və Mədən Sənayesinin İnkişafı və Yenilənməsi Təşkilatı Azərbaycan Respublikası ilə müxtəlif sektorlarda birgə əməkdaşlıqlar üçün lazımi hazırlıqlara malikdir. 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri də bu görüşdə iki ölkə arasında razılaşma sənədinin hazırlanmasından xəbər verərək ümidvarlıq edib ki, İran prezidenti Həsən Ruhaniin Azərbaycana səfəri zamanı bu anlaşma sənədi imzalanacaq. 

Şahin Mustafayev həmçinin bildirib: Azərbaycan bütün sahələrdə, xüsusilə iqtisadiyyatda İranla münasibətləri inkişaf etdirmək istəyir. 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri İran və Azərbaycanın birgə iqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclasında iştirak etmək məqsədilə Tehrana səfər edib. 

İran və Azərbaycanın birgə iqtisadi əməkdaşlıq komissiyasının 12-ci iclası çərşənbə axşamı günü İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə Tehranda İranın İqtisadiyyat və Maliyyə Nazirliyində başlanıb və bu gün iqtisadi əməkdaşlıq sənədlərinin imzlanaması ilə öz işinə yekun vuracaq. 

Mar 14, 2018 09:46 Asia/Baku
Şərhlər