• İran parlamenti kənd təsərrüfatı nazirinə etimad etdi

İran İslam Şurası Məclisinin nümayəndələri kənd təsərrüfatı naziri Mahmud Höccətinin impiçment edilməsinə qarşı çıxıblar.

İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin impiçment edilməsi layihəsi çərşənbə günü İslam Şurası Məclisinin plenar iclasında keçirilib.

Bu iclasda tərəfdar və əleyhdar nümayəndələr çıxış etdikdən sonra, deputatların səsverməsi keçirilib. Mahmud Höccətinin impiçment edilməsinin lehinə 105, əleyhinə 117 və bitərəf 7 səs verilib.

Mar 14, 2018 16:37 Asia/Baku
Şərhlər