• İran və Azərbaycan arasında birgə iqtisadi əməkdaşlıq sənədi imzalanıb

İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri Tehranda iki ölkənin birgə iqtisadi komissiyasının 12-ci iclasının sonunda 8 əməkdaşlıq sənədinə şamil olan yekun sənədi imzalayıblar.

İRİB-in məlumatına grə, İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian çərşənbə günü bu sənədlərin imzalanması mərasimində İran və Azərbaycanın ötən iki gündəki müzakirələrini müsbət qiymətləndirib və deyib: İqtisadiyyat, Ticarət və Bank Komitəsi, Nəqliyyat və Rabitə Komitəsi, Energetika, Su və Ətraf Mühit, Kənd Təsərrüfatı, Elm və Araşdırma Komitəsi bu iclasın keçirilməsi prosesində təşkil olunan dörd komitə olmuşdur.

İranın iqtisadiyyat və maliyyə naziri əlavə edib: Bank əməkdaşlığı İran və Azərbaycan Respublikası prezidentlərinin diqqət mərkəzində durur. Bu əməkdaşlıqlar yekun nəticəyə çatmalıdır.

Kərbasian bildirib: Bu önəmli sənədlərdən biri İran və Azərbaycanın birgə investisiya sənədinin imzalanmasıdır. Buna əsasən İranın şimalında Rəşt-Astara dəmiryolu iki ölkənin 500 milyon dollarlıq birgə investisiyası ilə çəkiləcək.

Neft və qazın dəyişilməsi layihəsinin də bu iclasda imzalanan digər önəmli sənəd olduğunu bildirən Kərbasian xatırladıb: Bu sənədlər İran prezidentinin Bakıya növbəti səfərində yekunlaşacaq.

Azərbaycan Respublikası iqtisadiyyat naziri Şahin Mustafayev də Tehran və Bakının çoxlu ortaqlıqlarına toxunaraq deyib: Ötən dörd ildə iki ölkənin münasibətlərin inkişaf edib və çox əla  nəticələr əldə olunub. Onlaran iki ölkə prezidentlərinin 10 dəfə görüşməsinə toxunmaq olar.

İran və Azərbaycan Respublikasının birgə iqtisadi komissiyasının 12-ci iclası çərşənbə axşamı günü İranın iqtisadiyyat və maliyyə naziri və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin iştirakı ilə Tehranda başlanmışdı.

Mar 14, 2018 18:10 Asia/Baku
Şərhlər