Mar 17, 2018 12:34 Asia/Baku
  • Qasimi: Oman xarici işlər nazirinin Tehrana səfəri ikitərəfli münasibətlərin inkişafı çərçivəsindədir
    Qasimi: Oman xarici işlər nazirinin Tehrana səfəri ikitərəfli münasibətlərin inkişafı çərçivəsindədir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Oman xarici işlər nazirinin Tehrana səfəri haqda bəzi gümanları rədd edib və deyib: Yusif Bin Ələvinin Tehrana səfəri öncədən tənzimlənən zaman cədvəli və ikitərəfli münasibətlərin inkişafı istiqamətində həyata keçirilir.

Oman xarici işlər naziri Yusif Bin Ələvi cümə gecə İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq və ikitərəfli və regional münasibətlər haqda fikir mübadiləsi aparmaq məqsədilə Tehrana səfər edib. 

Bəhram Qasimi şənbə günü İRNA ilə müsahibədə Tehran-Məsqətin konstruktiv münasibətlərinə toxunub və deyib: Oman xarici işlrə nazirinin Tehrana səfəri ikitərəfli iqtisadi məsələlər mehvəri ilə tənzimlənib. Belə ki, bu səfərdə siyasi və parlament rəsmilərilə görüşlərdən əlavə, İranın Mərkəzi Bankının rəhbəri, müəssisələrin rəsmiləri və nümayəndələri, İranın bəzi dövlət və özəl şirkətlərinin nümayəndələri ilə görüşlər və danışıqlar baş tutacaq. 

İran XİN sözçüsü bu səfərin ABŞ müdafiə naziri Ceyms Mattisin Omana səfəri ilə əlaqədə olmasına dair hər hansı gümanı rədd edərək deyib: Yusif Ələvinin Tehrana səfərinin ABŞ müdafiə nazirinin Omana səfəri ilə nüvə anlaşması və ABŞ olayları ilə heç bir əlaqəsi yoxdur. 

Qasimi xatırladıb: İran və Oman iki ölkənin mövcud potensialları ilə iqtisadi, ticarət, maliyyə və bank əməkdaşlıqlarını maksimum şəkildə inkişaf etdirmək ardıncadır. 

Teqlər

Şərhlər