Apr 13, 2018 19:02 Asia/Baku
  • Zərif: Amerika əxlaqi iflasa uğrayıb
    Zərif: Amerika əxlaqi iflasa uğrayıb

İran İslam Respublikasının xarici işlər naziri bu gün Amerikanın əxlaqi iflasa uğradığını bildirərək, Vaşinqtonun İrana qarşı sanksiyaları geri qaytarmaq üzrə səylərini tənqid edib.

Məhəmməd Cavad Zərif twitter-də ABŞ prezidentinin dövlət katibi vəzifəsinə təklif etdiyi Mayk Pompeonun dünən onun bu vəzifəyə yiyələnmək üzrə səlahiyyətinin araşdırılması məqsədilə keçirilən bu ölkə senatının xarici əlaqələr komitəsinin iclasındakı sözlərinə toxunaraq, yazıb: Amerikanın əxlaqi iflası Pompeonun etirafında tam şəkildə özünü göstərdi; keçmişdə İran nüvə silahı əldə etməyə səy kimi qeyri-düzgün iddialara görə, sanksiya edildi.

İran İslam Respublikasının xarici işlər naziri əlavə edib: Hazırda da Amerika İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsinin ardıncadır, çünki İran İslam Respublikası nüvə silahı ardınca deyildir.

Trampın təklif etdiyi dövlət katibi dünən gecə onun səlahiyyətinin təsdiq olunması iclasında deyib: İran nüvə anlaşmasından öncə də atom silahına tərəf getmədi. Hazırda da bildiyim qədər, nüvə anlaşmasının olmayacağı təqdirdə iranlıların atom silahı ardınca gedəcəkləri barədə bir əlamət mövcud deyildir.

İran ilə beş üstəgəl bir qrupu arasındakı nüvə anlaşması 2016-cı ilin yanvarından icra mərhələsinə daxil olub, amma Amerika dövləti bu qrupun üzvlərindən biri kimi daim nüvə anlaşmasının icrasında əhdə xilaf çıxır.

Tramp daim nüvə anlaşmasının digər tərəflərinin mövqelərinin əksinə olaraq, bu anlaşmanı dəhşətli adlandırır və onun pozulmasını istəyir. Amma dünya ABŞ prezidentinin bu düşmənçilik hərəkətinə qarşı çıxır.

Teqlər

Şərhlər